Vensə Qarabağ haqda kitab hədiyyə edən direktor işdən çıxarıldı

Paşinyan "Erməni Soyqırımı Muzey-İnstitutu" direktoru Edita Qzoyanı işdən şəxsən azad etdiyini bildirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş nazir şəxsi xahişi ilə onun vəzifəsini tərk etdiyini vurğulayıb.

Paşinyan Edita Qzoyanın ABŞ-ın vitse-prezidenti Vensin səfəri zamanı ona və Qarabağ haqqında kitab təqdim etdiyi üçün bu addımı atdığını əlavə edib.

"Bəli, mən bu hərəkəti Ermənistanın xarici siyasətinə zidd hesab etdim, onu təxribat hesab etdim və ondan istefa ərizəsi təqdim etməsini xahiş etdim", - o deyib. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin