Paşinyanın vəziyyəti pisləşir - Karapetyana uduzur - SORĞU

“Empirica” beynəlxalq tədqiqat və konsaltinq şirkətinin Ermənistan baş nazirliyinə potensial namizədlər və seçki üstünlükləri ilə bağlı apardığı sorğunun bəzi məlumatları açıqlanıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, hazırkı vəziyyətdə “Güclü Ermənistan” Partiyasının lideri, Rusiyapərəst iş adamı Samvel Karapetyanın Baş nazir Nikol Paşinyanı üstələyir.

Xüsusilə, 18-29 yaşlı gənclər arasında Karapetyanın üstünlüyü 18 faiz, 30-49 yaşlılar arasında isə 4 faizdir.

Paşinyan yalnız 50 yaşdan yuxarı seçicilər arasında liderlik edir. Kişilər arasında onların dəstəyi bərabər, qadınlar arasında isə Karapetyan 2% öndədir.

İrəvanda keçirilən sorğuda iştirak etmiş respondentlərin təxminən yarısı, yəni 49 faizi Samvel Karapetyana üstünlük verib, respondentlərin yalnız 24 faizi Nikol Paşinyanı seçib.

Bu nəticə ölkə üzrə belə olub: respondentlərin 35%-i Samvel Karapetyanı, 34%-i isə Paşinyanı seçib.

Bundan əlavə, sorğu məlumatlarına görə, əgər parlament seçkiləri indi keçirilsəydi, paytaxtdakı seçicilərin təxminən 35 faizi “Güclü Ermənistan” partiyasına səs verərdi.

Samvel Karapetyan Nikol Paşinyanın yerinə baş nazir vəzifəsinə əsas namizəd hesab olunur.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin