Paşinyan Karapetyanla Köçəryanı geridə qoydu

ABŞ-da yerləşən Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) tərəfindən aparılan sorğuya görə, Nikol Paşinyan Ermənistan siyasətçiləri arasında ən yüksək etimada malikdir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Hansı siyasətçiyə etibar edirsiniz" sualına cavablar aşağıdakı kimi olub:

18% - Nikol Paşinyan

6% - Samvel Karapetyan

3% - Robert Köçəryan

3% - Qaqik Tsarukyan

2% - Ararat Mirzoyan

Lakin respondentlərin 48%-i heç bir siyasətçiyə etibar etmədiyini bildirib.

İRİ sorğusu 3-13 fevral 2026-cı il tarixlərində Ermənistan Respublikasının 1506 vətəndaşı və Qarabağdan köçüb gələn şəxslər arasında kompüter dəstəkli telefon müsahibəsi metodundan istifadə etməklə aparılıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin