Ermənistanda yeni qanun: 40 min dollar ödə, əsgərliyə getmə!
Ermənistan parlamenti hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq edib.
Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, 27 yaşına çatan və bu vaxta kimi hərbi xidmət keçməkdən yayınmış şəxslər müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən yayınmaq imkanına malikdirlər.
Onlara 5 seçim təklif olunacaq:
- 2 il xidmət etmək;
- 1 il xidmət etmək və 2,5 milyon dram (6 200 dollar) ödəmək;
- 6 ay xidmət etmək və 5 milyon dram (12 400 dollar) ödəmək ;
- 1 ay xidmət etmək və 10 milyon dram (24 800 dollar) ödəmək ;
- Ümumiyyətlə hərbi xidmət etməmək və 15 milyon dram (39 400 dollar) ödəmək.
0 Rəy