Gizli razılaşma iddiası - ABŞ Ermənistanda Rusiyanın yerini tutur

Xəbər verildiyi kimi, ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti ilginc məlumat yayıb.

Məlumata görə, səfərin əsas məqsədlərindən biri TRIPP layihəsinin işə salınması olacaq. İddia olunur ki, bu çərçivədə birgə müəssisənin yaradılması ilə bağlı saziş imzalana bilər. Sözügedən müəssisədə səhmlərin 74 faizinin ABŞ tərəfinə, 26 faizinin isə Ermənistana məxsus olacağı bildirilir.

Məlumata əsasən, Vensin səfəri zamanı diqqət mərkəzində olacaq yeganə məsələ TRIPP layihəsi deyil.

Qəzet yazır ki, pərdəarxası müzakirələrdə Ermənistanın ABŞ-yə modul tipli atom elektrik stansiyasının inşasını həvalə etməsi ilə bağlı sənədin imzalanması ehtimalı da müzakirə olunur. Bu məsələ artıq bir neçə ildir hakimiyyətin gündəmindədir.

Məlumata görə, Rusiya da bu istiqamətdə analoji təkliflə çıxış edib. Buna baxmayaraq, yekun qərarın siyasi xarakter daşıyacağı bildirilir.

Nəşr qeyd edir ki, Qərb ölkələri və ABŞ Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını və modul atom stansiyalarının tikintisini Rusiyanın regiondakı təsirinin zəiflədilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirir.

“Hraparak”ın fikrincə, bu addımlar Moskvanın Cənubi Qafqazdan sıxışdırılması siyasətinə xidmət edir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin