Moskva Kasparovu “terror maddəsi” ilə HƏDƏFƏ ALDI

Moskva məhkəməsi Rusiyada “xarici agent” kimi tanınan, keçmiş dünya şahmat çempionu Hari Kasparovun qiyabi həbsinə qərar verib.

Musavat.com xəbər verir ki, istintaq orqanlarının təqdimatı əsasında çıxarılan qərara görə, Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi — terrorçuluğa açıq çağırışlar və terrorçuluğun açıq şəkildə bəraətləndirilməsi maddəsi ilə ittiham olunur.

Qərara əsasən, Kasparov barəsində iki aylıq qiyabi həbs tədbiri seçilib. Bu müddət onun Rusiyada saxlanılacağı və ya ekstradisiya ediləcəyi təqdirdə qüvvəyə minəcək.

Qeyd edək ki, Hari Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır və Kremlin siyasətinin açıq tənqidçilərindən biri kimi tanınır. O, 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib, daha sonra isə ekstremist və terrorçular siyahısına salınıb.

Musavat.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin