Paşinyan Almaniyaya GEDİR - Kanslerlə GÖRÜŞƏCƏK
Almaniya kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille jurnalistlərə bildirib.
"Çərşənbə axşamı, yerli vaxtla təxminən saat 16:00-da (Bakı vaxtı ilə 20:00) Almaniya kansleri Federal Kansleriyada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək. Danışıqlar zamanı ikitərəfli iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələləri müzakirə olunacaq", - Hille qeyd edib.
Görüşlərdən sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.
0 Rəy