Ermənilərin “Zangi” messenceri Rusiyada hədəfə alındı

Erməni mənşəli “Zangi” messenceri Rusiyada ciddi bloklamalarla üzləşib. Platformanın qurucusu Vağram Martirosyanın sözlərinə görə, artıq tətbiq ölkənin təxminən 90 faiz ərazisində işləməz vəziyyətə düşüb.

Musavat.com xəbər verir ki, Martirosyan bildirib ki, Rusiya ilə yanaşı, “Zangi”nin fəaliyyətinə Əlcəzair, İndoneziya, Hindistan, Uqanda və Birləşmiş Ərəb Əmirliklərində də məhdudiyyətlər tətbiq olunub.

“Bu göstəriciyə görə biz ən çox təqib olunan messencerik”, – deyə Martirosyan vurğulayıb.

Onun sözlərinə görə, bloklama zamanı “Zangi”də hətta mətn mesajlarının göndərilməsi belə mümkünsüz olur. Halbuki “WhatsApp” və “Telegram” kimi digər platformalarda məhdudiyyətlər əsasən səsli zənglərə aiddir.

Ekspertlər hesab edirlər ki, Rusiyada internet üzərindən məlumat mübadiləsinə nəzarət son aylarda daha da sərtləşib və bu proses xüsusilə xarici mənşəli platformalara təsir göstərir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin