Ermənistanın ədliyyə naziri: Beynəlxalq arbitraj məhkəməsinin qərarını tanımırıq

Beynəlxalq arbitrajlar mübahisələrin alternativ həlli mexanizmləridir və hüquq sistemimizdə rolu vurğulanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan hökumətin iclasından sonra keçirilən brifinqdə Ermənistan elekterik şəbəkələrinin (ENA) milliləşdirilməsi işi üzrə beynəlxalq arbitrajın qərarını şərh edərkən deyib.

"Yəni biz müəyyən konvensiyalara qoşulmuşuqsa, bu konvensiyaları rəhbər tutmağa və təbii ki, beynəlxalq arbitraj məhkəmələrinin qərarlarını yerinə yetirməyə borcluyuq. Konvensiyalar və müqavilələr fərqlidir: ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr var.

ENA ilə bağlı mübahisəyə gəldikdə, erməni nazir ikitərəfli investisiya müqaviləsi mövcud olduğunu, mübahisələr olduqda, arbitraj məhkəməsinin qərarlarının tanınması üçün xüsusi prosedur nəzərdə tutulduğunu deyib.

Əgər arbitraj qərarını öyrənirsinizsə, tərəfin icrasını arzuladığı təqdirdə bu qərarın və ya arbitraj qərarının icrası imkanını müəyyən edən müvafiq Nyu-York Konvensiyasına istinad var. Bu prosedur milli qanunvericiliyimizdə də nəzərdə tutulub. Sadə dillə desək, tərəfin Ermənistan Respublikasının milli məhkəməsinə müraciət etmək hüququ və tam imkanı var ki, məhkəmə əvvəlcə arbitrin qərarını tanısın və yalnız bundan sonra o, icraya tabe olsun. Təbii ki, təkcə beynəlxalq konvensiyalarda deyil, milli qanunvericilikdə bu qərarın ictimai asayişə zidd olduğu halda həyata keçirilməməsi imkanı var”,-deyə erməni nazir bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin