Erməni spiker Simonyanı HƏDƏLƏDİ
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya təbliğatçısı Marqarita Simonyanla bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, o, Simonyanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
“Simonyan daim erməni köklərinə istinad edir, halbuki onun Ermənistanla soyadının “yan” sonluğu xaricində heç bir əlaqəsi yoxdur. Davamlı olaraq yalan danışır, ölkə rəhbərliyini təhqir edir, mitinqlərə və hakimiyyətin devrilməsinə çağırır. Elə təəssürat yaranır ki, adıçəkilən sirkin daxilində artıq bir olimpiada başlayıb. Şüar isə belədir: Daha çox yalan, daha çox iyrənclik, daha çox alçaqlıq. Simonyan isə bu yarışda növbəti qızıl medal uğrunda mübarizə aparır”, – deyə Simonyan bildirib.
Spikerin sözlərinə görə, Marqarita Simonyanın fəaliyyəti Ermənistana qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir: “Tezliklə bizdə seçkilər olacaq və onun hürüşməsi daha da artacaq. Amma sonda o ağız birdəfəlik bağlanacaq”.
0 Rəy