Türkiyə prezidenti Srebrenitsa soyqırımı ilə əlaqədar paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə əlaqədar paylaşım edib.

Moderator.az xəbər verir ki, Türkiyə lideri sosial şəbəkə hesabında yazdığı paylaşımda "Srebrenitsa soyqırımı"nı bəşər tarixinin qara ləkəsi kimi təqdim edib.

"Bəşər tarixinə qara ləkə kimi həkk olunmuş və acısı sanki dünən baş vermiş kimi təzə olan Srebrenitsa soyqırımının 30-cu ildönümündə şəhidlik zirvəsinə çatan bütün bosniyalı qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ailələrinə səbir diləyirəm", - deyə R.T.Ərdoğan qeyd edib.

Qeyd edək ki, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi (1991-1995) zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8 300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu qanlı olay tarixə "Srebrenitsa soyqırımı" kimi düşüb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin