Ermənistan Konstitusiya Məhkəməsindən istefa
Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Vahe Qriqoryan istefa ərizəsi verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Milli Məclisin reqlamenti haqqında” Konstitusiya Qanununun 147-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Vahe Qriqoryan 2025-ci il aprelin 17-də istefa ərizəsi təqdim edib”- Ermənistan Respublikası Milli Assambleyasının vitse-spikeri, Milli Assambleyanın sədri vəzifəsini icra edən Ruben Rubinyanın imzaladığı bəyanatda deyilir.
Bildirilir ki, Qriqoryan 9 il müddətinə AİHM-in hakimi seçilib.
0 Rəy