Ermənistanda müxalifətin namizədi mer seçildi
Ermənistanın ikinci böyük şəhərinin – Gümrünün Ağsaqqallar Şurasının bu gün keçirilən ilk iclasında keçmiş mer Vardan Qukasyan 13 ildən sonra yenidən bələdiyyə sədri seçilib.
Modern.az xəbər verir ki, Ağsaqqallar Şurasının 33 üzvündən 18-i ona səs verib.
Hakim “Mülki müqavilə” fraksiyası həm iclasın özünü, həm də səsverməni boykot edib. Fraksiya lideri, müvəqqəti olaraq mer vəzifəsini icra edən Sarik Minasyan Gümrüdə növbədənkənar seçkilərin keçirilməsini istəyib.
Bundan əvvəl Kommunist Partiyasının siyahısına başçılıq edən və müxalifət arasında ən çox səs toplayan Qukasyan müxalifətdən olan digər rəqiblərinin dəstəyini qazanaraq vahid namizədə çevrilib.
0 Rəy