Paşinyan kürsüyə qalxanda Sərkisyan tərəfdarları parlamenti tərk etdi...- O isə büdcəyə əlavə 4,2 mlrd. dollar gəlməsindən danışdı...

Bu gün, aprelin 15-də Ermənistan Milli Assambleyasında hökumətin 2024-cü il üzrə fəaliyyətinin müzakirəsi zamanı sessiyaya sədrlik edən spiker Alen Simonyan baş nazir Nikol Paşinyanı kürsüyə dəvət edərkən müxalifətin terrorçu eks-prezident, Xocalı canisi Serj Sərkisyanın lideri olduğu “Şərəf duyuram” blokunun parlament fraksiyasının deputatları zalı tərk ediblər.

Moderator.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə,  baş nazirin çıxışı bir saata qədər davam edəcək.

“Armtimes” isə bildirir ki,  N.Paşinyan öz çıxıışında 2024-cü il büdcəsinin icrasını təqdim edərkən 2018-ci ilin populyar qeyri-zorakı məxməri İnqilabından sonra təkcə 2024-cü ilin yekunlarına görə, Ermənistanın dövlət büdcəsinin gəlirlərinin iki dəfədən çox - 1,3 trilyon dram artdığını qeyd edib. Bu da bugünkü məzənnə ilə 3,3 milyard dollardan çoxdur. 

"2018-ci il inqilabı büdcə artımına yeni sürət verdi. Bütün orta rəqəmlər çıxıldıqdan sonra təkcə inqilabın gətirdiyi sürət sayəsində Ermənistan 2018-2024-cü illər dövlət büdcəsinə 1 trilyon 684 milyard dram və ya 4,2 milyard dollar əlavə gəlir daxil olub", -deyə erməni baş nazir bildirib.

Baş nazirin sözlərinə görə, ümumi mənzərəni göstərmək üçün inqilabdan sonrakı illərdə Ermənistanın dövlət büdcəsinə əvvəl oğurlananların qaytarəlması hesabına əlavə olaraq 4,2 milyard dollar daxil olmasından danışmaq kifayətdir.

“Bu rəqəmə nə dövlət borcu daxildir, nə də mən “Ümumerməni Fondu” tərəfindən 2020-ci il dövlət büdcəsinə köçürülən vəsaiti bu rəqəmə daxil etmişəm. Mən də tənqidlərə cavab olaraq deyirəm ki, iqtidarımız inqilab yolu ilə hakimiyyətə gəlib, oğurlananları qaytarmaq vədini unudubsa, bəs bu 4,2 milyard dollar havadan düşüb, əziz insanlar?”, - deyə N.Paşinyan sual edib.

S.Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin