Türkiyə-Ermənistan sərhədində- Araz çayı yaxınlığında türk gənc yoxa çıxdı...
Türkiyə-Ermənistan sərhədinin İğdır hissəsində sərhədi qanunsuz keçməyə cəhd edən 4 gəncdən biri 28 yaşlı İsmayıl Adır yoxa çıxıb.
Moderator.az xəbər verir ki, bu haqda "Cümhuriyet" qəzeti məlumat yayıb.

Türkiyə Jandarma və Fəlakət və Fövqəladə Hallar İdarəsi(AFAD) bölmələri dostların xəbərdarlığından sonra hadisə yerinə gedib.
Gəncin axtarışlarına başlanılıb. “Ermenihaber”in məlumatına görə, türk gəncin sərhədi keçmək istəyərkən AraZ çayına düşməsi ilə bağlı şübhələr var.
S.Laçın
0 Rəy