Ermənilər gediş haqqının artırılmasına etirazən İrəvan yolunu kəsdi... Polis də bacarmadı...

Ermənistanda ictimai nəqliyyatda gediş haqqının qaldırılmasına etiraz edən sakinlərin aksiyaları davam edir.

Moderator.az xəbər verir ki, “Hraparak” və news.am nəşrlərinin yaydığı məlumata görə, bu gün səhər saat 5 radələrindən başlayaraq Kotayk vilayətinin Kasax kəndinin sakinləri İrəvana gedən yolu bağlayıblar. Polis tərəfindən ciddi müqavimət olsa da, hələlik yolun açılmasına nail olunmayıb. 

Sakinlər dolanışıqlarının ağır olması azmış kimi, gediş haqqının artırılmasından hiddətlənərək hakimiyyətə qarşı kəskin şüarlar səsləndirir.

Xatırladaq ki, martın 5-də  və 7-də Kotayk vilayətinin Proşyan və Kasax icmalarının sakinləri bir neçə saat İrəvan-Əştərək yolunu bağlayıblar. Onlar 25 və 59 saylı nəqliyyat xətlərinin azaldılmasına və daha bahalı marşrutun tətbiqinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, yeni marşrut xəttinə “Multi Transport” şirkəti xidmət göstərəcək və gediş haqqı 200-250 dram olacaq, halbuki, əvvəllər 25 və 59 saylı avtobuslardan istifadə edəndə cəmi 150 dram ödəyirdilər.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin