Osmanlı ordusunun erməni zabitinin nəvəsi Türkiyə vətəndaşı oldu...-FOTO

Yenə də ehtiyatlı olmaq gərəkdir... Xatırladaq ki, XX əsrin əvvəllərində Türkiyə və  Azərbaycanda, xüsusən də Zəngəzur və Qarabvağda müsəlmanlara qarşı olmazın vəhşiliklər törətmiş tayqulaq erməni generalı Andronik Uzunyan da əvvəlcə Osmanlı ordusunun paşası olub... 

Amerikalı erməni hüquqşünas, Osmanlı ordusunun erməni zabiti Mihran Mesropyanın nəvəsi Qlenn Frederik Matheson Türkiyə Respublikasının vətəndaşı olub.

Moderator.az xəbər verir ki, bu haqda  ermenihaber.am nəşri yazıb.

Matesonun babası I Cahan savaşı zamanı Osmanlı ordusunun tərkibində  Gelibolu, Suriya, Fələstin və Şərq Cəbhələrində xidmət edib.

Hakim Ədalət və İnkişaf Partiyasının Qaziantep millət vəkili Əli Şahin Glennin hekayəsini paylaşaraq qeyd edib:

"Onun Türkiyə vətəndaşlığını əldə etməsində rol oynadığım üçün qürur duyuram".

Sultan Muradın şərəfinə “Murad” adını seçən Qlenn “Həyatımın ən xoşbəxt anı budur” deyərək xoşbəxtliyini bildirib...

P.S. Yenə də ehtiyatlı olmaq gərəkdir... Xatırladaq ki, XX əsrin əvvəllərində Türkiyə və  Azərbaycanda, xüsusən də Zəngəzur və Qarabvağda müsəlmanlara qarşı olmazın vəhşiliklər törətmiş tayqulaq erməni generalı Andronik Uzunyan da əvvəlcə Osmanlı ordusunun paşası olub... 

S.Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin