ABŞ və Ermənistan generalları müzakirələr apardı

Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryan Vaşinqtonda ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

 

Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər.

 

Çarlz Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək.

 

Eyni zamanda, görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin