Paşinyanın həyat yoldaşı Ərdoğanın xanımı ilə görüşdü

Nyu-Yorkda Anna Akopyan Ərdoğanın həyat yoldaşı ilə səmimi söhbət edib və şəkil çəkdirib

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Anna Akopyan Nyu-Yorkda ABŞ-ın birinci ledisi Cill Baydenin adından verilən ziyafətdə Əminə Ərdoğana yaxınlaşaraq, onunla söhbət edib və şəkil çəkdirib.

Görüntülərdə Anna Akopyanın Əminə Ərdoğanla səmimi ünsiyyətdə olduğu diqqət çəkir.


Xatırladaq ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib.

Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Nyu-Yorkdakı “Türk  evi”ndə keçirilən həmin görüşdə Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” adlı imzalı kitabını Paşinyana hədiyyə edib. Nikol Paşinyanın kitabı alandan sonra kameralara gülərək poza verməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Baş nazirin hərəkətindən qəzəblənən radikal düşüncəli və revanşist xislətli ermənilər ona qarşı nifrət və kin püskürüblər.

 


 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin