KTMT Ermənistanın dövlətçiliyinə təhlükə yaradır - Paşinyan

Biz Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyümüzü təkcə ona görə dondurmamışıq ki, bu qurum Ermənistan qarşısında öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhlükə yaradır.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Dünya Erməni Sammitində bəyan edib.

Paşinyan deyib ki, Ermənistanın  KTMT-yə qayıtması barədə fikirlər çox müzakirə olunur.

“Biz əvvəl də demişdik ki, KTMT-də fəaliyyətimizi yalnız qaldırdığımız suallara cavab veriləcəyi təqdirdə tam bərpa edəcəyik. 2 il keçdi, amma cavablar eşidilmir və eşidilməyəcəyi də ortadadır. Deyə bilərəm nə qədər ki, bu cavablar əsaslı və inandırıcı deyil, hər dəqiqə və saniyədə Ermənistan KTMT-dən getdikcə daha da uzaqlaşır”, - o bildirib.

Paşinyan qeyd edib ki, “dönməzlik nöqtəsi” ifadəsi var.

“Əgər biz geriyə “dönməzli nöqtəsi”ni keçməmişiksə, böyük ehtimal var ki, bu vəziyyət belə davam edərsə, o “dönməzlik nöqtəsi”ni keçəcəyik və onda heç kimin bizi ittiham etməyə haqlı səbəbi və əsası olmayacaq".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin