İrəvanın Rusiya və KTMT-dən başqa alternativi yoxdur - Rusiya XİN

"KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz qalır".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan RİA-ya müsahibəsində deyib.

 

"Təşkilat və Rusiyadan başqa İrəvan üçün sabitliyin alternativ təminatçısı yoxdur", - o əlavə edib.

 

“Ermənistanın KTMT-nin ümumi işində iştirakına gəlincə, indi İrəvanda qarşılıqlı fəaliyyətdən geri çəkilmə xətti üstünlük təşkil edir, bu mövqe, gördüyümüz kimi, Ermənistan xalqının maraqlarına ziddir və milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir”, - rəsmi belə söyləyib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin