Ermənistan KTMT-yə yenə "YOX" dedi
Ermənistan KTMT təlimlərini yenidən buraxacaq.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Söhbət avqustun 14-16-da Novosibirskdə elan olunmuş KTMT-nin “Kobalt-2024” kollektiv çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı bölmələrinin təlimlərindən gedir.
Təlimin iştirakçıları arasında Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan da var.
0 Rəy