Ermənistan ilk dəfə Səudiyyə Ərəbistanına səfir təyin edib

Ermənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.

AZƏRTAC Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı ölkə prezidenti imzalayıb.

Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki hazırkı səfiri Karen Qriqoryan ölkəni, həmçinin Səudiyyə Ərəbistanında təmsil edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol 2023-cü il noyabrın 25-də Əbu-Dabidə imzalanıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin