ABŞ nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində işləyəcək - Dövlət katibinin müavini təsdiqlədi

İyulun 13-16-da ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdə olub.

Modern.az xəbər verir ki, Hetq.am ilə söhbətində Uzra Zeya Ermənistan-Amerika əməkdaşlığı, Vaşinqtonun vasitəçiliyi ilə aparılan Ermənistan-Azərbaycan danışıqları və drigər məsələlərdən bəhs edib.

Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağı ilə bağlı məlumatı təsdiq edə biləcəyi soruşulduqda Zeya belə cavab verib:

“Bu xəbəri təsdiq edirəm. Bu çoxdan gözlənilən hadisədir, ətraflı məlumat üçün səfirimiz və mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz. Biz ABŞ və Ermənistan arasında mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu həm də Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə keçidin tarixi faktından xəbər verir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin