Ermənistanda başçılar eyni vaxta məzuniyyətə çıxdılar: Paşinyan, Simonyan, Mirzoyan...

Ermənistanda hökumətin yüksək rütbəli məmurlarının eyni vaxtda uzunmüddətli məzuniyyətə getməyə qərar verməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, baş nazir Nikol Paşinyan iyulun 15-dən məzuniyyətə çıxıb və avqustun 10-dək istirahəte dəcək.
məzuniyyətdədir. Amma Paşinyan bu arada Londonda keçiriləcək Avropa Siyasi Birliyinin 4-cü Sammitində iştirak edəcək, daha sonra Tavuş və Armavirə səfər edəcək.
Paşinyanın bu il Böyük Britaniyada, daha dəqiq Şotlandiyada istirahət etmək qərarına gəldiyi bildirilir.

Parlamentin sədri Alen Simonyan iyulun 16-dan avqustun 5-dək - 20 günlüyə məzuniyyətə çıxıb. Onu iyulun 16-22-də vitse-prezident Ruben Rubinyan, iyulun 23-dən avqustun 5-dək isə digər vitse-prezident Akop Arşakyan əvəz edəcək.

Baş nazirin müavini Mher Qriqoryan 9 günlüyə məzuniyyətə çıxıb.

Xarici işlər naziri Ararat Mirzoyan da iyulun 22-dək məzuniyyətdə olacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin