Paşinyan Makronu Ermənistana ÇAĞIRDI

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu ölkəsinə səfərə dəvət edib.

Paşinyan bu barədə Fransa Respublikasının Milli Günü münasibətilə Makrona göndərdiyi təbrik məktubunda bildirib.

Paşinyan Makronu bu ilin sentyabrında Ermənistanda gözləyəcəyini qeyd edib.

Baş nazir Fransa prezidentinə bütün məsələlərdə erməni xalqını dəstəklədiyinə görə xüsusi minnətdarlığını bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin