Ərdoğandan bozqurd məsələsinə təpki: “Bəs siz niyə xoruzlanırsınız?”

Qazaxıstandan qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya ilə oyunda Bozqurd işarəsi tutduğu üçün UEFA tərəfindən iki oyunluq cəzalanan Merih Demiraldan danışıb.

Moderator.az xəbər verir ki, dövlət başçısı buna verilən reaksiyaları yersiz hesab edir.

“Kimsə almanların formalarında niyə qartalın olduğunu soruşurmu? Kimsə durub deyirmi ki, fransızların formalarında niyə xoruz var, niyə xoruzlanırsınız? Merih də həyəcanını bu görüntü ilə ifadə elədi. Bundan sonra Xarici İşlər Nazirliyimiz onların rəsmilərini (Almaniya səfiri) çağırdı, bununla bağlı lazımi addımlar atılır. İnşallah, hər şey şənbə günü məlum olacaq. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Qeyri-adi bir şey baş verməsə, matça getməyə qərar vermişik”, - Ərdoğan bildirib.

Xatırladaq ki, şənbə günü Türkiyə millisi yarımfinalda Niderlandla qarşılaşacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin