ABŞ konqresmeni: Ermənistan Putinin təsirindən uzaqlaşmağa və Qərbə yaxınlaşmağa çalışır

Nümayəndə heyətimizdə respublikaçılar və demokratlar var və biz hamımız erməniləri dəstəkləmək məsələsində həmrəyik.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın Cənubi Karolinadan seçilmiş konqresmeni, Helsinki Komissiyasının sədri Co Vilson tərəfindən Ermənistan parlamentinin spikeri Alen Simonyanla keçirdiyi mətbuat konfransında səslənib.

“Ermənistan bizim üçün regionda mühüm tərəfdaşdır. Biz regional mənzərənin dəyişməsini, Cənubi Qafqazdakı təhdidləri, Putinin təsirindən uzaqlaşmağa, Qərbə yaxınlaşmağa çalışan Ermənistanın son addımlarını gördük.

Müdafiə sektorunda təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə Ermənistanın xarici təzyiqlərə qarşı dayanıqlı olmasını təmin edə bilərik. Bu, qarşılıqlı olaraq faydalıdır”,-deyə Vilson söyləyib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin