Ərdoğan-Putin görüşü: Peskov təsdiqlədi

Yaxın gələcəkdə Rusiya və Türkiyə arasında təmaslar davam edəcək.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: “Rusiya-Türkiyə təmasları davam edir, Rusiya-Türkiyə iqtisadi dialoqu bütün mövcud problemlərlə davam edir... Türkiyədə, digər məsələlərlə yanaşı, ölkənin mövcud iqtisadi problemləri də nəzərə alınmaqla, bu təzyiqin öhdəsindən gəlmək daha çətin ola bilər. ...Yüksək səviyyəli əlaqələr, o cümlədən çox yaxın gələcəkdə davam edəcək. Prezidentlər fürsət düşən kimi ən yüksək səviyyədə görüşəcəklər”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin