İrəvanda gərginlik: saxlanılanlar 100-ü keçdi

İrəvanda 137 etirazçı saxlanılıb.

Bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidməti mayın 27-də saat 09:50-dı bildirib.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Bu gün səhər İrəvan metrosunda da itaətsizlik aksiyaları keçirilir. Aksiya iştirakçıları vaqonlara daxil olaraq “Vətən naminə Tavuş” hərəkatının şüarını səsləndirir və növbəti stansiyada düşürlər. Etirazçılar əsasən gənclərdir.
İrəvan küçələrində müxtəlif aksiyalar keçirilir. Bir sıra prospektlər, o cümlədən Maştots, Azatutyan, Baqramyan, Tiqran Mets və başqaları bağlanıb.

İrəvan-Aştarak, İrəvan-Armavir, İrəvan-Gümrü avtomobil yollarında da nəqliyyatın hərəkəti dayandırılıb.

Ermənistan KİV-nin məlumatına görə, itaətsizlik aksiyaları zamanı saxlanılanlar arasında general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov, müğənni Arsen Qriqoryan, David Amalyan, həkim Gevorq Tamamyan da var. Bundan əvvəl hüquq-mühafizə orqanları əməkdaşlarının parlamentin deputatı Artur Sarkisyanı da zor tətbiq edərək saxladığı bildirilirdi.

Hərəkatın lideri arxiyepiskop Baqrat Srbazan da bir gün əvvəl vəd etdiyi kimi, yolun bağlanmasında şəxsən iştirak edir. O, qara yolsuzluq avtomobili ilə Abovyan-Sayat-Nova küçələrinin kəsişməsini bağlayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin