Nikol Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Yəni sərhəd dirəkləri quraşdırılandan bəri həmin əraziyə sərhəd qoşunları yerləşdirilib. Hazırda ərazi daimi xidmət üçün tədqiq olunur. Bu proses digər sahələrdə də baş verəcək”, - o vurğulayıb.

N.Paşinyan Berkaber ərazisində demarkasiya prosesində heç bir problem olmadığını qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin