Paşinyan erməni kilsəsini heçə saydı
Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə İrəvanda Müqəddəs Qriqori İlluminator kilsəsində keçirilən Milad mərasimində iştirak etməyib.
Ermənistan KİV-i xəbər verir ki, ümumiyyətlə mərasimə hökumətin heç bir nümayəndəsi qatılmayıb. Hətta prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da dini ayinə gəlməyi lazın bilməyib.
Ermənistan KİV-ləri hökumətin bu davranışını Erməni Apostol Kilsəsinə sayğısızlıq kimi qiymətləndirib.
“Artıq 3-cü ildir ki, hakimiyyət Milad mərasiminə qatılmır, bu da Apostol Kilsəsinə, bütün ermənilərin katolikosuna və ümumilikdə inanca açıq hörmətsizlikdir”, - deyə “Hraparak” qəzeti yazıb.
Hakim elitanın nümayəndələri isə heç bir dəvət almadıqlarını və buna görə də mərasimdə iştirak etmədiklərini iddia edib.(modern.az)
0 Rəy