Paşinyanın reytinqi aşağı düşüb - SORĞU

Ermənistanda baş nazir Nikol Paşinyanın reytinqi ilə bağlı sorğu keçirilib.

 

Modern.az xəbər verir ki, sorğu MPG/Gallup Beynəlxalq Assosiasiyası tərəfindən aparılıb.

 

Respondentlərin təxminən 50%-i Paşinyanın fəaliyyətini bəyənməyib.

 

Sorğuda iştirak edənlərin 19,9%-i Paşinyanın fəaliyyətinə reaksiya kifayət qədər mənfi, 17,1%-i kifayət qədər müsbət, 8%-i tamamilə müsbət olub.


Respondentlərin 7,9%-i cavab verməkdə çətinlik çəkib.

 

Sorğuda martın 27-dən 29-dək 1101 respondent iştirak edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin