Paşinyan həyat yoldaşı ilə Parisə getdi - Makronla görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə iki günlük işgüzar səfərlə Fransaya gedib.

 

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, baş nazirin nümayəndə heyətinə icra və qanunvericilik orqanlarının üzvləri daxildir. Onun Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

 

Paşinyan Fransa Senatının sədri Jerar Larşe, baş nazir Qabriel Attal və Paris meri Ann Hidalqo ilə də görüşlər keçirəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin