"Sərhədlərimiz Aralıq dənizindən Fəratadək uzanacaq... Kürdlər bizim dostumuzdur..."-İsrailli yazıçı...

İsrailli yazıçı və siyasətçi Avi Lipkin Məkkə, Mədinə və Sinay dağının ilhaqından sonra İsrailin sərhədlərinin Livandan Səudiyyə Ərəbistanına qədər uzanacağını bildirib.

Moderator.az xəbər verir ki, bu haqda "Əl-Cəzirə" kanalı məlumat yayıb.

Lipkin sosial mediada paylaşdığı video-çarxda “İnanıram ki, sərhədlərimiz sonda Livandan Səudiyyə Ərəbistanı Krallığı olan səhraya, oradan da Aralıq dənizindən Fərata qədər uzanacaq. Fəratın o tayında kürdlər var və onlar bizim dostumuzdur”.

 “Beləliklə, bizim arxamızda Aralıq dənizi, öndə kürdlər və həqiqətən də İsrailin qoruyucu çətirinə ehtiyacı olan Livan var və düşünürəm ki, bundan sonra Məkkə, Mədinə və Sinay dağını alacağıq və bu yerləri təmizləmək üzərində işləyəcəyik”, -deyə İsrail yazıçısı əlavə edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin