Məşhur rusiyalı aparıcıdan ermənilərlə bağlı SENSASİON AÇIQLAMA

Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov rus təbliğatında ermənilərin üstünlük təşkil etməsindən şikayətlənib.

Musavat.com xəbər verir ki, bu barədə “caliber.az” saytında məlumat yayılıb.

Nevzorov ermənilər arasında “rus dünyası”nın fanatiklərini də ironik bir şəkildə sıralayıb.

“Bu, təsadüfən baş verib, yoxsa Kremlin növbəti planıdır, reallıqda Rusiya təbliğatçılarının 90%-i ermənilərdir. “Rus dünyası”nın fanatiklərinin ən uzun siyahısını Simonyan açır, davamını isə Keosayan, Qabrelyanov, Baqdasarov, Babayan, Kurqinyan, Mardanyan, Miqranyan və s. gətirir.

Şübhəsiz ki, onların hamısı hazırda “rus millətçiliyinin etalonlarıdır”. Belə çıxır ki, bu adamlar həm də “böyük rus mədəniyyətinin”, həm də xüsusilə şair Puşkinin təbliğatçıları sayılmalıdırlar. Təəssüf ki, hələ Rusiya televiziyalarında onun misralarını söyləmək praktikası yoxdur. Amma şübhəsiz ki, həmin təbliğatçılar bir araya gəlib onun söylədiklərini xorla oxuya bilərdilər”, - deyə Nevzorov Puşkinin ermənilərlə bağlı məşhur sözlərinə xatırlatma edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin