Xalça. «Rüstəm və Söhrab». Qarabağ qrupu. Azərbaycan. Şuşa. 1826-cı il. Yun. Xovlu.

Xalçanın ölçüsü: 4′ 10″ x 6′ 46″ (197 x 125 sm)

Arasahənin ölçüsü: 178 x 107 sm

Haşiyənin ölçüsü: yanlarda - 8 sm., 7 sm., yuxarıda və sonda - 9 sm

Fiqurların ölçüsü: (soldan sağa) 83 x 38 sm, 81 x 28 sm, 80 x 38 sm, 96 x 23 sm

Ağacların ölçüsü: 80 x 34 sm, 78 x 38 sm, 77 x 27 sm

Əriş: 2 qat yun, qoyun yununun rəngi açıq ağ (Z2S)

Arğac: düz (çəkə) 4 qat, 2 qatı pambıq, ağ və 2 qatı palıd yun (Z4S)

Arğac: ziqzaq (tökə) 2 qat palıd, yun (Z2S)

Üz ipi: 2 qat yun 2Z

İlmə forması: simmetrik (gördəst)

İlmə sıxlığı: 30 x 30 1 dm2

İlmə hündürlüyü: 8 mm

Yan dolama: 2 qoşa ərişə (4 ədəd) dolanmışdır, tünd palıdı, yun

Saçaqlar: 2 sm. aşağı və yuxarıda ağ yun

Rənglər: 8 rəng: açıq palıdı, qırmızı, sarı, qara, ağ, açıq yaşıl, narıncı, çəhrayı

Saxlanması: yaxşı         

 

Mənbə: Vidadi Muradovun “Azərbaycan xalçaları Qarabağ qrupu” kitabı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin