Xalça. «Ləmpə». Qarabağ qrupu. Azərbaycan. Şuşa. XIX əsrin ortaları. Yun. Xovlu.

Xalçanın ölçüsü: 4′ 03′′ x 12′ 00′′ (366 x 123 sm)

Arasahənin ölçüsü: 351 x 101 sm

Haşiyənin ölçüsü: iki yanlarda - 8 sm. + 8 sm., başda və ayaqda - 9 sm.+ 9 sm

Mərkəzin gölün ölçüsü: eni 83 sm., hündürlüyü 69 sm.,başda - gölün eni 57 sm., hündürlüyü 59 sm., aşağıda - eni 51 sm., hündürlüyü 51 sm

Qubbaların ölçüsü: eni 26 sm., hündürlüyü 19 sm

Cağların ölçüsü: 25 x 17 sm

Əriş: 3 qat yun ağ (Z3S)

Arğac: düz (çəkə) - 3 qat 2-si pambıq, 1 yun ağ (Z3S)

Arğac: ziqzaq (tökə) 3 qat 2-si pambıq biri yun ağ (Z3S)

Üz ipi: 2 qat yun, Z

İlmə forması: simmetrik (gördəst)

İlmə sıxlığı: 35 x 35 1 dm2

İlmə hündürlüyü: 4 mm, bəzi yerlərdə 5 mm.

Kənar dolama: 2 qoşa ərişə (4) dolanmışdır. mavi, palıdı yun

Saçaqlar: başda - 4 sm., sonda - 3 sm. ağ yun

Rənglər: 7 rəng: ağ, mavi, açıq qırmızı, qara (mazı),palıdı, yaşıl, tox qırmızı

Saxlanması: əla

 

Mənbə: Vidadi Muradovun “Azərbaycan xalçaları Qarabağ qrupu” kitabı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin