Şuşanın inkişaf etdirilməsində perspektivlər
Ərazisinin 20 faizini meşələr təşkil edən Şuşanın ümumi sahəsi 312 kvadratkilometrdir. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Ən iri mineral su yataqları və bulaqları Turşsu, Səfixanlar, İmamqulular, Şirlan kənd ərazi dairələrində yerləşir. Qeyd edək rayonun ərazisidən keçən çaylarda məhs öz mənbəyini ərzidə olan çox saylı bulaqlardan götürmüşdür.
Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən 30 ilə yaxın müddətdə şəhərə və şəhərətrafı yaşıllıqlara, meşəliklərə nə qədər ziyan vursalar da, yenə də möhtəşəmliyi ilə insanları heyran edir. Şuşanın dağları, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir.
Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşanın flora və faunası olduqca zəngindir. Bu ərazidə ən yüksək zirvə 2725 metr hündürlüyündə olan Qarabağ dağ silsiləsinə aid Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa rayonunun inzibati ərazisinə daxildir. Burada müxtəlif növ bitki və ağaclar, Turşsu və Şırlan kimi keyfiyyətli mineral su mənbələri var.
Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur -4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16-19 dərəcə, illik yağıntı isə 700-800 mm olur. Rayon ərazisindən məşhur Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.
Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir sərvətlərindəndir. Kirs, Səfixanlar, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri həm cır meyvələri, həmdə müxtəlif növ ağac və kolları ilə də zəngindir.
Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, Kirs, Sarı baba dağ silsiləsinin ətəklərinə qədər geniş bir sahəni əhatə edən meşələr bu yerlərin əvəzsiz bəzəyi kimi göz oxşayır.
Bu meşələrdə dadlı meyvəsi olan alma, xüsusi qulluq tələb etməyən sulu və çox şirin armud, yemişan, soyuğa davamlı qovaq, havanı zəhərli bakteriyalardan təmizləyən ardıc, qara rəngə çalan şam, ya küknar, süddən səkkiz dəfə qidalı, “gələcəyin çörəyi” adlandırılan qırmızımtıl fıstıq, gövdəsi düz və sarıya çalan çətirli bəzək ağacı göyrüş, palıd, vələs, çinar, qaraçöhrə, sərv, cökə, ağcaqayın, qarağat və digər ağac və kollarla zəngindir.
Onu da qeyd edə ki, bitki örtüyünü bir-birindən fərqləndirən və torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən olan çətir-çətir Şuşa meşələrində təbii halda bitən söyüd, qarağac, gərməşov, dəmirağacı, gilas, qarellə, zirinc, saqqızağacı təşkil etsə də, orada tut, qoz, fındıq ağaclarına, nar, qarağat, böyürtkən, moruq kollarına da rast gəlmək olar.
Bu ərazidə müxtəlif kol cinsləri, fındıq, alça, göyəm, əzgil, itburnu, ağcaqayın, eyni zamanda Şərq fıstığı, Qafqaz vələsi, İberiya palıdı da bitir və üstünlük təşkil edir. Dağların ətəklərində Şuşa vələsi, Qafqaz qış səhləbi və xarıbülbülə rast gəlmək olar.
Bu baxımdan nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da qədim Şuşa qeyri-adi mənzərəsi, yaşıllıqları, səfalı bulaqları, istirahət guşələri, habelə flora və faunası ilə çox məşhurdur. Bölgədə yetişən bu kimi bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Bu endemik bitkilərin 7 növünə - Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəninə yalnız bu ərazidə rast gəlinir.
Xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağın rəmzi olan xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.
Şuşa yaşıllığı, flora və faunasının zənginliyi, havasının təmizliyi, saflığı etibarılə kurort şəhəridir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, əfsanəvi Cıdır düzü yerli camaatın və oraya təşrif buyuranların ən sevimli yeri idi.
Şuşanın 40 kilometrliyində - Laçın yolunun üstündə, yaşıllıqlar qoynunda yerləşən Turşsu istirahət və müalicə zonası kimi tanınırdı.
Eyni zamanda Sarıbaba dağının ətəklərində olan çoxsaylı şirin su mənbələri, eyni zamanda menral su mənbələri üzərində olan bulaqlar bu ərazilədə mpvsümi dövrdə turist və qonaqların sayının yerli əhalinin sayından bir neçə dəfə çox olmasına səbəb olmuşdur.
Sol tərəfindən Daşaltı çayı axan bu ərazilər yaşıllığı, flora və faunası ilə istirahətə və müalicəyə gələn insanlarda xoş duyğular yaradırdı.
Landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edirdi. Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı kitablarına salınıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində ötən ilin noyabrında işğaldan azad edilən bölgələrimizdə, o cümlədən qədim Şuşada sürətlə aparılan yenidənqurma, quruculuq və bərpa işləri sırasında Şuşanın yaşıllıqları, flora və faunası da gündəmdədir.
Qeyd edək ki, hazırda Şuşa rayonunun böyük qisminin sülhməramlıların nəzarəti altındadır. Həmin ərazilərdən isə azərbaycanlıların istifadə imkanlarından məhrum olsalarda yaxın gələcəkdə həmin ərazilər əzəli şuşalıların nəzarətinə keçdikdən sonra bu ərazilərdən tam və səmərəli istifadə imkanı da yaranacaqdır.
Çünki, Qarabağ Azərbaycanın tarixi –mədəni mərkəzlərindən biri olmaqla yanaşı, həm də gözəl təbiəti ilə seçilirdi. Hələ keçmiş sovetlər zamanında burada yaradılmış kurort zonaları, istirahət və əyləncə guşələrinə hər il dünyanın bir çox yerindən minlərlə turist axın edirdi. Qarabağın təmiz havası, müalicəvi əhəmiyyətli suları bu torpaqları daha da cəlbedici edirdi. Şuşadakı “Şuşa sanatoriyası”, istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsi üçün nəzərdə tutulan pioner düşərgələri və digər turizm məskənləri isə xüsusilə seçilirdi.
Azərbaycanın qeyri-adi təbiətə sahib, ən səfalı guşələrindən olan Şuşanın turizm imkanlarından danışarkən İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq, Sarıbulaq, Göybulaq və digər nadir təbiət möcüzələrinin adını xüsusilə çəkməliyik.
Öncə Şuşanın turizm tarixinə qısa nəzər salmaq istərdik. Tarixi mənbələrə görə, Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib.
Səhiyyə və sağlamlıq müəsisələri
ədəd | |
xəstəxanalar | 1 |
poliklinikalar | 1 |
“Şuşa” sanatoriyası | 1 |
“Şəfa” turist bazası | 1 |
uşaq sanatoriyası | 1 |
Oradakı pansionat isə 1964-cü ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Bütün keçmiş SSRİ-də məşhur olan Şuşa Turşsu turist bazası isə 1970-ci ildən fəaliyyətə başlayıb və tez bir zamanda SSRİ məkanında məşhurlaşıb.
1971-ci ildə fəaliyyətə başlamış Xankəndi Səyahətlər və Ekskursiyalar Bürosu (SEB) və 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası da bu obyektlər sırasına əlavə olunmuşdur. Turizm və Ekskursiyalar Şurası Qarabağda turizm təyinatlı obyektlərin tikintisini, bütövlükdə bölgənin turizm potensialından istifadə olunması prosesini sonralar yüksələn xətlə davam etdirib. Ardıcıl olaraq 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar Bürosu, 1986-cı ildə Ağdam Səyahətlər və Ekskursiyalar Bürosu, 1988-ci ildə isə Ağdam “Şahbulaq” Turizm Bazası məhz bu şuranın balansında yaradılıb.
Şuşada 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşirdi.
Ən böyük şəhərlərdə belə bu sayda məktəb düşərgələri olmayıb. Şuşanın təkrarsız təbiəti, təmiz havası düşərgə layihələrinin buraya salınmasında əhəmiyyətli rol oynayıb.
21-ci əsrdə “Ev turizmi” anlayışı Azərbaycanın bölgələrində yeni-yeni təşəkkül tapsa da, Şuşada “Ev turizmi” hələ ötən əsrin ortalarından mövcud olmuş, bu turizm növü yerli əhalinin ənənəsinə çevrilmişdir.
Şuşanın infrastrukturu elə qurulmuşdu ki, gələn turist orada hərtərəfli istirahətini təmin edə bilirdi. Şəhərdə geniş yay kinoteatrı fəaliyyət göstərirdi. Təbii ki, Şuşaya həm də müalicə məqsədilə gəlirdilər. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsiz idi. O cümlədən, şəhərin mərkəzinə yaxın Turşsu müalicəvi suyu Şuşaya gələnlərin sevimli yeri idi.
Şuşanın əsas gəlir mənbəyi də turizm biznesi hesab olunurdu. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və təmiz havası ilə bütün SRRİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu.
Təəssüf ki, 1990-cı illərin əvvəlləri bədxah qonşularımız olan ermənilərin Azərbaycana qarşı mənfur niyyəti və işğalçılıq siyasəti nəticəsində bütün bu imkanlar məhv edildi. 30 ilə yaxın işğal dövründə Şuşa başda olmaqla, Dağlıq Qarabağ və ətraf rayonlar talan edildi. Tarixi, mədəni abidələr, eləcə də təbii resurslar tamamilə yağmalandı.
Bu sözlər Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqına müjdəsidir. Bu müjdədən çox qısa bir müddət keçməsinə baxmayaraq, Şuşa, eləcə də işğaldan azad edilən bütün ərazilər gözümüzün önündə dirçəlir. Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtıdır, tarixi “Xarıbülbül” festivalı və “Xarıbülbül” oteli yenidən “doğulub”. Şəhər tarixi simasını saxlamaqla ən müasir formada bərpa edilir. Burada müasir turizm infrastrukturu yaradılır. Xüsusən də modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlinin qoyulması Şuşanın yaxın gələcəkdəki heyrətamiz simasının işartılarıdır.
Şuşanın keçmiş şöhrətini bərpa edib, onu dəfələrlə yüksəltmək əsas məqsəddir
Dövlət Turizm Agentliyinin məlumatına görə, ilkin planlarda nəzərdə tutulur ki, Şuşa şəhərində mədəniyyət tədbirləri və festivallar keçirilsin. Turizm məhz bu istiqamətdə daha çox inkişaf etdiriləcək. Şuşa şəhərinin coğrafi yerləşməsi unikaldir. Şəhərin bütün azərbaycanlılar üçün simvolik mənası var. Bundan əlavə, Şuşa şəhərinin zəngin mədəni, tarixi irsi var ki, bu istiqamətdə də müvafiq turizm məhsulları, turizm marşrutlarının qurulması planlaşdırılır.
Onu da qeyd edək ki, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının tikintisi Şərq-Qərb nəqliyyat dəhlizinin, həmçinin, yükdaşımaların və turizmin inkişafına da müsbət təsir göstərəcək.
Təbii ki, bütün bunlar Şuşa şəhərinin keçmiş şöhrətini nəinki bərpa edəcək, hətta dəfələrlə yüksəldəcək. Şuşa yenidən nəinki Azərbaycanın, bütün türk və islam dünyasının, Qafqaz coğrafiyasının, eləcə də dünyanın əsas turizm mərkəzlərindən biri olacaq.
Qeyd edək ki, Şuşa rayonu yalnıniz turizm sanatoriya mərkəzi kimi deyil eyni zamanda kənd təsərüfatı, eləcədə sənayenin inkişaf etdirilməsi baxımından da seçilirdi. Beləki, işğaldan öncə ərazidə 35 sənaye müəssisəsi fəaliyət göstərmişdir. Rayon ərazisinn işğaldan azad edilməsindən sonra müəssisələrin bir çoxunuyenidən bərpa etmək mümkündür.
Ölçü vahidi | Ümumi miqdarı | |
Sənaye obyektləri | ədəd | 35 |
Şuşa üzlük daşı yatağı; ehtiyatları 397 min m3 olan kərpic-kirəmit istehsalına yararlı Keçəldağ (Lesoqor) gil yatağı; istismar ehtiyatları 389 min m3/gün olan Şuşa yeraltı şirin su yatağı; 342 min m3/gün və 70 min m3/gün olan Şırlan və Turşsu mineral su yataqları var. Görünüyü kimi bu mineral, eləcədə şirin su yataqlarında qablaşdırılma sexlərinin yaradılması perspektiv hədəflər kimi qəbull edilə bilər.
İqtisadiyyat üzrə fəsəfə elmlər doktoru Fərhad Mikayılov
0 Rəy