Samir Şamil oğlu Ələkbərli (2002-2020)
Samir Şamil oğlu Ələkbərli 2002-ci il iyulun 2-də Bərdə rayonunun Qazqurdalı kəndində şuşalı ailəsində anadan olub. 2008-2019-cu illərdə 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2020-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. Samir eyni zamanda 2 nömrəli musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdı. Ən böyük arzusu Şuşada, Cıdır düzündə tar ifa etmək idi. 2020-ci il avqustun 7-də Füzuli rayonuna həqiqi hərbi xidmətə yola düşüb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi Şamil sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 10-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Şamil oğlu Ələkbərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
0 Rəy