Nurlan Nadir oğlu Həsənov (1991-2020)

Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. 2012-2013-cü illərdə Naxçıvan şəhərində yerləşən “N” nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətli leytenant kimi Gəncə “N” nömrəli hərbi hissədə xidmət edib və 2014-cü ildə ehtiyatda olan zabit kimi ehtiyata buraxılıb.

2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub. Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Həsənov 2020-ci il oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Ayın 2-də Bakıda Biləcəri qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Nurlan Nadir oğlu Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin