Əzəmi Əli oğlu Hüseynov (1992-2020)
Əzəmi Əli oğlu Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində şuşalı ailəsində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərindəki 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində ali təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə Zaqatalada müddətdən artıq hərbi xidmət qulluqçusu, xüsusi təyinatlı kimi xidmətə başlayır. Daha sonra üçillik hərbi xidmətini baş çavuş kimi başa vurub. Müharibə başlayan günü cəbhəyə yollanıb. Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı snayper gülləsinə tuş gəlib və şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzəmi Əli oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
0 Rəy