Dünyamin Ramin oğlu Tağızadə (2001-2020)

Dünyamin Ramin oğlu Tağızadə 2001-ci il yanvarın 21-də Beyləqan rayonunun Günəş qəsəbəsində şuşalı ailəsində anadan olub. 2019-cu il yanvarın 22-də Dünyamin həqiqi hərbi xidmətə yollanır. Azərbaycan ordusunun əsgəri olan Dünyamin Tağızadə 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Dünyamin Ramin oğlu Tağızadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin