Bəxtiyar İlqar oğlu Aslanov (1998-2020)

Bəxtiyar İlqar oğlu Aslanov 1998-ci il dekabrın 28-də şuşalı ailəsində anadan olub. Bəxtiyar 2005-2016-cı illərdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra elə həmin il Tbilisi Açıq Universitetinə qəbul olunub. Universitetdə 2 il təhsil aldıqdan sonra öz arzusu ilə təhsilini dondurub və hərbi xidmətə yola düşməyi qərara alıb. 2019-cu il yanvarın 22-də həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edirlər. Bundan sonra, Bəxtiyar Aslanov və təxminən 7 nəfər silahının bitdiyinə görə əlbəyaxa döyüşürlər. Ailəsi ilə sonuncu dəfə 27 sentyabr 2020-ci ildə əlaqə saxlayan Bəxtiyar Aslanov 30 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi axtarıldıqdan 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapılmış və 13 fevral 2021-ci ildə ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Bəxtiyar İlqar oğlu Aslanov "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin