Boyanalı aş

Tərkibi:

Düyü – 500 qr.Boyana – 1 dəstə Yağ – 80 Yumurta– 2 ədəd Duz – 30 qr

 

Hazırlanması:

Düyü ilıq duzlu suda 3 saat saxladıqdan sonra qaynadılır. Bişəndədoğranmış boyana əlavə edilib süzülür. Qazanın dibinə ət düzülür. Düyüyə yağ əlavə edilib dəməqoyulur. Zövqə görə üzərinə yumurtada vurmaq olar.

 

Nəticə:

Boyanalı aşın hazırlanmasında istifadə olunan ərzaqlar demək olar ki, eynidir, bəzi fərqlər var. Şuşa və Ağdamda boyanalı aş hazırlanarkən ətdən istifadə olunur. Şuşa rayonunda boyanalı plova soğan, yuxa, limon turşusu da əlavə olunur. Hazırlanma qaydası isə demək olar ki, eynidir. Sadəcə Ağdamda bu plovu hazırlayarkən neçə nəfər üçün nəzərdə tutulubsa o sayda düyünün üzərində oyuqlar açılır və hər oyuğa bir ədəd yumurta çalınaraq düyü ilə üstü örtülür.Şuşadan fərqli olaraq ət qazanın dibinə düzülmür, bişdikdən sonra zövqə görə ya düyününarasına düzülür ya da ayrıcakasalarda suyu ilə birlikdə verilir.

 

Mənbə: T.Əmiraslanov. Qarabağ Mətbəxi kitabı.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin