Xəngəl

Tərkibi:
Qoyun əti - 400 q
Yumurta - 1 ədəd
Kərə yağı - 200 q
Un - 400 q
Duz - 20 q
İstiot - 5 q

Hazırlanması:
Xəmir - un, su, duz, yumurta əlavə edilərək yoğurulur, kündə hazırlanır və yayılaraq yarpaq-yarpaq kəsilir. Sonra suda qaynadılıb süzülür, üzərinə qovrulmuş qiymə əlavə edilir və sarımsaqlı qatıqla süfrəyə verilir.

Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )

Rəylər

Aşağıdakı məlumatları qeyd edin