Tutlu aş
Tərkibi:
Düyü - 800 q
Kərə yağı - 300 q
Tut (ağ və qara) - 250 q
Vişnə - 150 q
Şüyüd - 100 q
Göy soğan - 50 q
Duz - 20 q
İstiot - 5 q
Hazırlanması:
Tutun saplağı arıtlanıb aşsüzənə yığılır. Götürülən ağ tutun yarısı qədər qara tut, onun da yarısı qədər dənəsi çıxarılmış gilənar aşsüzəndə süzülür. Sonra bu meyvələrin üzərinə şüyüd, göy soğan doğranılır, duzlanılır, adi qaydada süzülmüş düyünün altına yığılıb dəmə qoyulur.
Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )
0 Rəy