Göy kətəsi

Tərkibi:
Un - 1 kq
Kərə yağı - 200 q
Quşəppəyi - 100 q
Gicitikən - 100 q
Quzuqulağı - 100 q
Turşəng - 100 q
Əvəlik - 100 q
Qırxbuğum - 100 q
Cincilim - 100 q
Yarpız - 100 q
Nar və ya lavaşa turşusu - 50 q
Duz - 30 q

Hazırlanması: 
Xəmir yoğurulur. Böyük yuxalar açılır. İçərisinə ancaq dağ göyləri doğranıb qoyulur. Bu göylərə pencər deyilir: quşəppəyi, gicitikən, quzuqulağı, turşəng, əvəlik, qırxbuğum, cincilim, yarpız. Sacda bişirilir və süfrəyə veriləndə içərisinə doğranmış yağ qoyulur. Duz, nar və ya lavaşa turşusu zövqə görə içliyə vurulur.

Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )

Rəylər

Aşağıdakı məlumatları qeyd edin