Lobyalı aş

Tərkibi:
Düyü - 500 q
Lobya - 150 q
Kərə yağı - 50 q
Duz - 30 q

Hazırlanması:
Düyü ilıq duzlu suda 3 saat saxlanılır. Sonra qaynadılır, süzülənə yaxın əvvəlcədən bişirilmiş lobya düyüyə qatılır, süzülərək yağ əlavə edilir və dəmə qoyulur. Qazanın dibinə qazmaq qoyulur.

Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )

Rəylər

Aşağıdakı məlumatları qeyd edin