Tənək dolması
Tərkibi:
Ət - 900 q
Düyü (yumru) - 70 q
Nanə - 100 q
Keşniş - 100 q
Şüyüd - 100 q
Baş soğan - 170 q
Üzüm yarpağı - 300 q
Duz - 20 q
İstiot - 5 q
Hazırlanması:
Yağlı ət quyruqla birlikdə ətçəkən maşından keçirilir. Yumru düyü, göyərti, soğan doğranılıb əlavə edilir. Qiyməni duzlayıb-istiotlayıb qarışdıran zaman ona əti yumşaldacaq qədər qaynanmış, ilıq su əlavə edilir. Qiymə meynə yarpağına bükülərək qazana dairəvi yığılır. Süfrəyə sarımsaq-qatıqla, göyərti olaraq isə turpla, vəzəri (acıtərə) və göy soğanla verilir.
Mənbə: Qarabağ Mətbəxinin İnciləri ( Tahir Əmiraslanov, Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova, Ehtiram Fərzəlibəyov )
0 Rəy